AZ   |   RU
“Artıq gənclərimizin də Güney Azərbaycan üçün çalışdığını görmək qürurvericidir” - Elgün Rüstəmli

 
Azərbaycan gəncliyinin milli vətənpərvərlik düşüncəsinin və ideoloji baxışının formalaşmasında bir sıra istiqamətlərlə yanaşı Güney Azərbaycan mövzusu da xüsusi yer tutur. Güney Azərbaycan mövzusu son zamanlar daha da aktuallaşıb. Xüsusi gənc nəsil artıq güneydəki soydaşlarımızın taleyi ilə maraqlanır, Güney Azərbaycan mövzusunu daha dərindən öyrənməyə çalışırlar.

Qeyd edək ki, güneyli soydaşlarımız İran əhalisinin əsasını-təxminən 40 milyonunu təşkil edir ki, bu da İran əalisinin 50 faizi deməkdir. Amma buna rəğmən İranda dövlət dili fars dilidir, Azərbaycan dilinə nəinki dövlət dili statusu verilib, ümumiyyətlə ana dilində təhsil belə yoxdur. Bunlar azmş kimi, İranda Azərbaycan türklərinin assimilyasiya siyasəti günü-gündən güclənir, soydaşlarımız daim basqı altında saxlanılır. Onların ana dilində təhsil hüquqları pozulur. Bu və digər səbəblərdən insan hüquqları ilə bağlı İranda ciddi problemlər yaşanır.

Əvvəlki dönəmlərdən fərqli olaraq İran hökuməti etnik diskriminasiya siysətini və onun doğurduğu nəticələri artıq gizlədə bilmir. İranın daxilində və dünyanın müxtəlif ölkələrinə səpələnmiş güneyli soydaşlarımız xüsusilə sosial şəbəkələr vasitəsilə baş verənləri ictimaiyyətə çatdırırlar. Bu xəbərləri təbii ki, azərbaycanlı gənclər də görür və güneydəki soydaşlarımızın öz hüquqlarını təmin etmık üçün onlarla həmrəylik nümayiş etdirir və müxtəlif platformalarda öz dəstəklərini ifadə edirlər.

Onu da əlavə edək ki, bu itiqamətdə müxtəlif ictimai təşkilatlar, o cümlədən gənclər təşkilatları ortaya daha ciddi fəaliyyət qoyur və mübaizəni beynəlxalq səviyyəyə daşıyırlar. Eyni zamanda Azərbaycanda da həm tədirlər keçirərək, həm də müxtəlif informasiya resurslarında yazılarla çıxış edərək, müxtəlif videosüjetlər hazırlayaraq geniş kütlələrə çatdırırlar.


“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi gənclər təşkilatının sədri Elgün Rüstəmli bildirdi ki, Azərbaycan türklərinin tarixi 1918-ci ildən deyil, daha da qədimdən başlayır: “Biz, Azərbaycan türkləri hər zaman yeni-yeni dövlətlər imperiyalar quraraq şərqdən qərbə, şimaldan cənuba böyük ərazilərə sahib olmuşuq, Avropadan Çinə qədər uzanan bölgələrə hökm edən böyük dövlətlər qurmuşuq: “Amma təəssüf ki, hər zaman hücumlara, təzyiqlərə də məruz qalmışıq. Gülüstan müqaviləsindən sonra Azərbaycanımızın  Quzeyə və Güneyə parçalanması tariximizdə həmişə qara yara olaraq qalan acı bir həqiqətdir. Ancaq tarixboyu türklər şahlanaraq yeni güclü imperiyalar qurmaq xüsusiyyətini həmişə özündə saxlayıb”. E.Rüstəmli əlavə edib ki, Azərbaycam türkləri də zaman keçdikcə özlərində güc tapıb və 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan cümhuriyyətini yaradıb: “Bu cümhuriyyət Azərbaycanımızın quzeyində qurulmuşdu. Lakin təəssüf ki, dövrün güclərindən hesab edilən SSRİ Azərbaycanın güclənməsindən qorxub və hələ yeni yaradılmış cümhuriyyətimizin ərazisinə  hücum edərək, qeyri-bərabər döyüş nəticəsində torpaqlarımızı işğal edib. Ancaq Güneyimizdə isə azadlıq hərəkatı davam edirdi. Nəhayət 1946-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Azərbaycan Höküməti yaradılıb. Lakin yenə də dövrün gücləri Milli Hökümətimizi süquta uğradıblar. 70 il SSRİ əsarətində qalmış Azərbaycan nəhayət ki, ayağa qalxdı və 1991-ci ildə öz azadlığına qovuşdu. Lakin bütün bunlarla yanaşı ölkə daxilində olan xaos və çevrilişlər çoxalmışdı. O zaman Azərbaycanı bu durumdan qurtaran yeganə şəxs var idi. O da Ümumilli liderimiz Heydər Əliyev idi. Heydər Əliyev hakimiyyətə gələrək ölkəni xaosdan, parçalanmadan xilas etdi. İndiki dövrdə isə Cənab Prezident İlham Əliyevin başçılığı ilə ölkəmiz daha əzmlə inkişaf edir və dünyada sözünü deyən, ağırlığını qoya bilən ölkələrdən biri hesab edilir. Cənab Prezident nəinki Quzey Azərbaycan üçün çalışır, o həmçinin Güney Azərbaycanı da yaddan çıxarmır və dəfələrlə qatıldığı konfranslarda, tədbirlərdə Güney Azərbaycandakı haqsızlıqları ictimailəşdirir və gündəm mövzuya çevirir. Buunla da güneyli soydaşlarımızın haqları üçün çalışır. Cənab Prezidentin etdikləri nəinki bizi, həmçinin Arazın o tayında yaşayan soydaşlarımızı da sevindirir və onlara stimul verir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki,  “mən 10 milyonun deyil, 50 milyon azərbaycalının prezidentiyəm!”. Və biz gənclər də Azərbaycan gəncliyi olaraq hər zaman Güneyli soydaşlarımızı müdafiə edəcəyik, onların haqlarının tapdanmasına izin verməyəcəyik. Azərbaycan dilinin Güneyimizdə də inkişaf etməyi üçün çalışacağıq. Keçmiş dövrlərə nisbətən indiki gənclikdə mən çox dəyişikliklər görürəm. Artıq gənclərimizin də get-gedə türkçülüyə yönəlməsi və Güney Azərbaycan üçün çalışdığını görmək hər bir Azərbaycan vətəndaşı üçün xoşbəxtlikdir. Yaşasın türkçülük! Yaşasın Azərbaycan! Yaşasın cənab Prezident! Biz birlikdə güclüyük!”.

Əli

Yazı “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.



  • 11-08-2023, 17:09