AZ   |   RU
"Humanitar yardım" şousuna qarşı rəsmi Bakının sərgilədiyi mövqe, Dövlətimizin qətiyyətinin təcəssümüdür - Ramin Əhmədov


"İllər əvvəl deyirdik ki,  gün gələcək Xocalı soyqırımı və azərbaycanlılara qarşı digər qanlı cinayətlərdə iştirakı olmuş ermənilər Azərbaycanda məhkəmə qarşısında dayanacaqlar. Gün o gündür. Bu gün Laçın sərhəd buraxılış məntəqəsində Xaçaturyan soyadlı terrorçunun həbs olunması göstərdi ki, Azərbaycan dövlətinin mühakiməsindən qaçmaq mümkün deyil".

Missiya.A
z xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsibdə yazıb.

R.Əhmədov qeyd edib ki, sözügedən hadisə həm də onun göstəricisidir ki, Laçın yolundakı "humanitar yardım" şousu ilə Azərbaycan Dövlətinin başçısını ədalətli və prinsipial mövqeyindən çəkindirmək mümkün deyil: "Ermənilər Laçındakı sərhəd keçid buraxılış məntəqəsindən yüklərin buraxılacağını gözlədiyi halda, Azərbaycan dövləti 91-ci ildə törədilmiş cinayətə görə etməni terrorçusunu həbs elədi. İndiki gərgin şəraitdə belə bir addımın atılması dünyanın oyunbaz kəsiminə ünvanlanan aydın mesajdır: İndiki Azərbaycanı 90-cı ilin əvvəllərindəki Azərbaycanla səhv salmayın!İndi bizim istənilən haqsızlığa sinə gərməyə gücümüz və qüdrətimiz, milli maraqlarımızı göz bəbəyi kimi qoruyan Prezidentimiz var! Ümumiyyətlə, Laçın yolundakı məlum şouya qarşı rəsmi Bakının sərgilədiyi mövqe, Azərbaycan Dövlətinin qətiyyətinin təcəssümüdür. Fəxr edirik! Dəstəkləyirik!" - deyə Ramin Əhmədov vurğulayıb.

Elcan
Missiya.Az



  • 29-07-2023, 19:24