AZ   |   RU
Ermənistan ordusunun qubernatorun köməkçisi tərəfindən döyülən polkovnik-leytenantı ölüb


Ermənistanın Vayots Dzor vilayətində 2019-cu ildə döyülərək ağır xəsarətlər alması nəticəsində komaya düşən silahlı qüvvələrin polkovnik-leytenantı Ara Mxitaryan ölüb.


Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Qeyd edilir ki, hadisə həmin il sentyabrın 17-də axşam saatlarında baş verib. Mxitaryan huşsuz vəziyyətdə Keşişkəndin (Yeqnadzor) tibb mərkəzinə aparılıb, daha sonra İrəvandakı mərkəzi hərbi hospitala yerləşdirilib. Zabit əməliyyat olunsa da, vəziyyəti ağır olaraq qalıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər Vayots Dzorun keçmiş qubernatoru Trdat Sarkisyanın köməkçisi - Harutyun Qriqoryan və onun qardaşı Zaven Qriqoryandır.

Hadisənin şahidləri arasında hərbçilər - Mariam Unanyan, Jora Baqdasaryan, Mxitar Melkonyan, Levon Arutyunyan da var. Maraqlıdır ki, polkovnik-leytenantın döyülməsinə heç bir reaksiya verməyiblər.

Qalmaqal fonunda Vayots Dzorun qubernatoru vəzifəsindən istefa verib.



  • 27-07-2023, 22:44