AZ   |   RU
İlham Əliyevin Şuşa forumundakı çıxışı zamanı verdiyi xüsusi mesajlar

Prezident İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edərkən Azərbaycan, onun rayon və kəndləri haqqında ətraflı danışdı. Ölkəmizin sahib olduğu üstünlükləri sadaladıqca, sanki dünyaya bir daha, təkrar-təkrar diqtə edirdi ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil, müstəqil, müasir, ən əsası da tolerant və sülhsevər ölkədir.


İkinci Qarabağ müharibəsində sıravi vətəndaşlarımızdan tutmuş jurnalistlərə, siyasi müxalifətə kimi hər kəs prezidentin ətrafında cəm oldu, ölkə başçısının çağırışlarına qoşularaq yumruq yaratdı. Düzdür, bəzi siyasilər, xaricdə oturub Azərbaycanın “dərdini çəkən” bloggerlər hansı ki, İkinci Qarabağ müharibəsi onlar üçün gözlənilməz oldu, onlar öz cığalçı, oyunpozanlıq, məkrlilik əməllərindən əl çəkmədilər, hər addımda bir minus axtardılar ki, ölkə başçısının əleyhinə qalxsınlar. Amma əbəs yerə deməyiblər ki, -“xalqın gözü tərəzidir”. Xalqımız illərdir işğalda qalan torpaqlarımızın geri alınmasını arzu edirdi, odur ki, təbii olaraq bu torpaqların geri qaytarılması üçün qəti addımlar atan prezidentinin yanında olacaqdı. Və 44 günlük müharibə göstərdi ki, heç də yanılmadıq. Şuşa azad edilənədək çox həyacan keçirdik. Çünki Şuşa ilə bütün qalibiyyətimiz başlayırdı. Elə də oldu, cənab prezidentin də dediyi kimi Şuşa bizim cəsarətimizin, qələbəmizin, sülhün rəmzidir.


Qardaş Türkiyə belə bir dövrdə bizi tək buraxmadı, hər an hətta hərbi dəstək verməyə hazır olduğunu bildirdi. Azərbaycanın Türkiyə ilə qardaşlığı ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə “İki dövlət bir qardaş” devizi ilə möhürlənmişdi. Bu qardaşlıq münasibətləri cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə, mən deyərdim ki, düşmənə gözdağı səviyyəsində davam etdirilir. İndi heç bir dövlət bu qardaş ölkəni ayıra bilməz. Türkiyənin düşməni Azərbaycanın düşməni, Azərbaycanın düşməni Türkiyənin də düşmənidir. Qoy indi dünya dövlətləri özləri düşünsünlər ki, qarşılarında necə bir güclər dayanıb.


44 günlük müharibə zamanı yalnız xarici məkirli qüvvələr deyil, daxildəki xain qüvvələr də gördülər ki, Azərbaycanda Dövlət-Xalq birliyi var. Bu birliyi hansısa sosial priblem adı altında süni şəkildə yaradılan çaxnaşlamar qıra bilməzdi və qırmadı da. Bu gün iqtisadiyyatımız xalqın gözü qarşısında daha da güclənir, hələ işğaldan azad edilən ərazilərimizdə, iqtisadi zonada görüləcək, əldə ediləcək uğurlar da indidən proqnoz edilir. Odur ki, daxildəki məkrli niyyət sahibləri də zamanla haqqın yoluna qayıtmalı olacaqlar.


Gücümüzü ərazilərimizdə insanlarımızın yaşamını təmin etməyə yönəltmişik. Artıq Laçında da məskunlaşma var. Hələ ilin sonunadək yurda köç karvanı davam edəcək. Bütün bunlar xalqımızın illərlə gözlədiyi məqam deyilmi? Bundan gözəl, qürurlu nə ola bilər?


Azərbaycanın yeganə böyük əngəli minatəmizləmə prosesidir. Bu da İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq Ermənistanın hələ də mina xəritəsini bizə verməməsindən irəli gəlir. Bir xəritə verdilər, o da öz kəllələri kimi boş, yalan. Rusiya sülhməramlıları bu məsələyə ciddi yanaşmadığından, daha dəqiq desəm, bu prosesdə Ermənistanın tərəfində durduqlarına görə müsbət irəliləyiş yoxdur. Beləcə, Ermənistan bu yolla bizə qarşı olan terrorunu çəkinmədən davam etdirir. Amma Azərbaycanın da səbr kasası var və bir gün daşacaqdır. Anti-terror əməliyyatlarına başlamalı olacağıq. Çünki Ermənistan xoşluqla anlamırmış kimi görünür.


Bütün bunlara rəğmən gözəl Laçınımıza qayıdışımız reallaşıb. İlin axırında 700 ailəlik Laçın qarşılayacaq bizi. Bunun özü də Ermənistana mesajdır. İndi qalır Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi. Paşinyan bununla bağlı dəfələrlə şifahi şəkildə bəyanat versə də, ortada nəticə yoxdur.


Prezidentin çıxışında bir məqam diqqətimi daha çox çəkdi. O dedi ki, - “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır”. Məncə Ermənistan bundan nəticə çıxarmalıdır.



Nizami Rayon İcra Hakimiyyəti



  • 24-07-2023, 20:21