AZ   |   RU
Tomas Bax Tokioya getməzdən əvvəl peyvənd olunacaq

 
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax olimpiada başlamazdan iki həftə əvvəl - iyulun 8-də Yaponiyanın paytaxtı Tokioya gedəcək.

Missiya.Az
xəbər verir ki, İOC rəhbəri səfərdən əvvəl koronavirusa qarşı peyvənd olunacaq.

O, Yaponiyada olduğu müddətdə təşkilatçılar tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlərə və davranış qaydalarına riayət edəcək.

Baxın rəsmi görüşləri iyulun 12-də başlayacaq. Funksionerin iyulun 16-da atom bombardmanından əziyyət Xirosimaya getməsi planlaşdırılır.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb.


  • 30-06-2021, 19:51