AZ   |   RU
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı



Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73 201 vaksin vurulub.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 185, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 021 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 422 241, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 174 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 248 055 nəfər təşkil edir.

  • 29-06-2021, 23:17