AZ   |   RU
Separatçılar Şarl Mişeli hədəfə aldılar - Babayanın isterik reaksiyası


"Avropa Şurası rəhbərinin bəyanatında beynəlxalq hüququ pozan və ümumilikdə mənəviyyata zidd olan bir sıra çox təhlükəli və pis fikirlər yer alıb"



Missiya.Az xəbər verir ki, bunu Qarabağdakı separatçıkarın keçmiş "xarici işlər naziri, hazırda qondarma prezidentin müşaviri kimi təqdim olunan David Babayan Bu barədə News.am-a müsahibəsində deyib. 


"Mişel ərazi bütövlüyü və suverenlikdən danışarkən qeyd edir ki, Ermənistanın ərazisi 29,8 min kvadrat kilometr, Azərbaycanın isə 86,6 min kvadrat kilometrdir. Deyə bilərlər ki, ki, Ermənistan bunu tanıyarsa, biz nə etməliyik? Bu, yanlış siyasətdən xəbər verir" deyə, Babayan bildirib.


Mişelin Azərbaycanın Ağdam istiqamətində qarabağ ermənilərinə humanitar yardım göstərməyə hazır olduğunu ifadə etdiyinə dair bəyanatına toxunan Babayan qeyd edib ki, Mişel Azərbaycanın istədiyini edir:


“Acı odur ki, onlar rəsmi Yerevanın şərhlərini və baxışlarını əsas götürürlər. Bu vəziyyətdə, bütün bunları sakitcə dinləmək və demək lazımdır ki, "Mişel, öz işinlə məşğul ol, bu bizim üçün qəbuledilməzdir. Avropa bir daha göstərdi ki, demokratiya və insan haqları onun üçün uydurmadır”.


David Babayan isterik tərzini davam etdirərək deyib ki, "xalq mübarizəsini davam etdirməli mövqeyini bir daha təsdiqləməlidir". 


Babayan əlavə edib ki, Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq.


Elcan

Missiya.Az



  • 16-07-2023, 23:23