AZ   |   RU
Ölkədə faktiki hava açıqlanıb
Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 27-si saat 12:00-a ölkə ərazisində hava şəraiti günəşli və isti keçib

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib.
İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, Aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31də rəcəyədək yüksəlib. 

Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək.
Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.

  • 27-06-2021, 16:52