AZ   |   RU
Almaniya Ukraynaya “Leopard” tankları və pilotsuz təyyarələr təqdim edəcək


Almaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib.

Missiya.Az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində təşkil olunan ictimai forumda deyib.

O, bildirib ki, ən düzgün yol Ukraynanı lazım olduğu qədər dəstəkləməkdir.

Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.

Bundan başqa, yeni hərbi yardım çərçivəsində Almaniya Ukraynaya “Leopard” tankları, minatəmizləmə texnikası və 20 minə yaxın döyüş sursatı verəcək.

Zərintac Mayisqızı
Missiya.Az




  • 11-07-2023, 14:39