AZ   |   RU
Cozef Bayden NATO-nun Baş katibini tərifləyib

 
ABŞ Prezidenti Cozef Bayden NATO-nun Baş katibi Yens Stoltenberqi tərifləyib.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, o, Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Y.Stoltenberqlə görüşüb.


ABŞ liderinin sözlərinə görə, nə qədər ki, Y. Stoltenberq Alyansın rəhbəridir, Rusiya NATO-ya qalib gələ bilməz.


Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.



  • 11-07-2023, 14:35