AZ   |   RU
Bakıda narkotikin qanunsuz satışında təqsirləndirilən şəxsə bəraət verilib



Bakıda narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Elşən Əkbərova bəraət verilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.


İttiham aktına əsasən, E.Əkbərov ötən ilin martında paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.


Onun üzərinə baxış keçirilən zaman 6 qram heroin aşkarlanıb.


E.Əkbərova ötən qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ittiham elan olunub.



  • 11-07-2023, 14:29