AZ   |   RU
Bayden Türkiyənin F-16 tələbi prosesini irəli aparmaq istəyir - ABŞ


ABŞ prezidenti Co Bayden Türkiyəyə F-16-ların satışına dair Konqreslə məsləhətləşərək bu prosesi irəli aparmağı planlaşdırır.

Missiya.Az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan NATO Liderlər Sammitinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdə jurnalistlərə açıqlaması zamanı deyib.

İsveçin alyansa daxil olması ilə bağlı Türkiyənin addımını alqışladıqlarını ifadə edən Sallivan, Stokholmu ən qısa zamanda NATO-nun yeni üzvü kimi görmək istədiklərini əlavə edib.

Təhlükəsizlik müşaviri xatırladıb ki, İsveçin alyansa üzvlüyünü təsdiqlədikdən sonra Vaşinqtondan F-16 tələbinə Ankaranın cavabı necə olacaq sualına Bayden çoxdan bu satışı dəstəklədiyini vurğulayıb.

"Bayden Konqreslə məsləhətləşərək prosesi irəli aparmaq istəyir. Bu mövzuda dəqiq bir tarix deyə bilmərəm, lakin biz Konqres üzvləri ilə əlaqə saxlayırıq", - Sallivan söyləyib.

Co Bayden və Rəcəb Tayyib Ərdoğanın bu gün görüşəcəklərinə diqqət çəkən təhlükəsizlik müşaviri görüşdə bir çox ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyini qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 11-07-2023, 12:06