AZ   |   RU
Taliban hökuməti İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırdı


Taliban hökuməti Quranın yandırılmasına icazə verdiyi üçün Əfqanıstanda müsəlmanlardan üzr istəyənə qədər İsveçin bütün fəaliyyətlərinin dayandırıldığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabında etdiyi paylaşım edib.

Quranın yandırılmasını təkəbbürlü bir hadisə kimi qiymətləndirən Mücahid bütün İslam ölkələrinin İsveçlə münasibətlərinə yenidən baxmalı olduqlarını bildirib.


Qeyd edək ki, 15 avqust 2021-ci ildə Taliban Əfqanıstanı ələ keçirdikdən sonra İsveç də daxil bir çox xarici ölkə Kabildəki nümayəndəliklərini bağladı, lakin Stokholmun bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirdi. Digər tərəfdən, İsveçin paytaxtı Stokholmda 28 iyunda İraq əsilli Salvan Momika Stokholm məscidi qarşısında polisin himayəsi altında Quranı yandırıb.

Zərintac Mayisqızı
Missiya.Az



  • 11-07-2023, 11:08