Bazar 8 İyun 2025 / 4:41:17
                    AZ   |   RU
Azərbaycan Ordusunun hərbi hissəsində təlim toplanış keçirilib - VİDEO

 

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.

"Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır", - məlumatda qeyd edilib.



  • 11-07-2023, 10:55