AZ   |   RU
“Ən yaxşı halda “məğlub düşərgə”adlandırıla bilər” - Nurlan Qələndərli


“Ölkəmizdə siyasəti və siyasi fəaliyyəti virtual və real meydanlarda hay-küy salmaq kimi dərk edənlərin özlərini “demokratik düşərgə təmsilçiləri” adlandırmalarına rast gəlirik. Bu, qəribə, gülünc və paradoksaldır”.

Missiya.Az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, politoloq Nurlan Qələndərli deyib:

“Məgər qanunlara tabe olmayanda - ictimai asayişi pozanda, “söz azadlığı var” deyib antikonstitusion bəyanat səsləndirəndə, zərərli çağırışlar edəndə, təhqiramiz söz söyləyəndə “demokratik” olurlar? Və ya müxalifət necə demokratik ola bilər? O, iqtidar deyil, ölkəni idarə etmir axı. Zaman-zaman seçkilərə qatılan, amma sosial dəstəyi olmadığına görə heç bir uğur qazanmayan ən yaxşı halda “məğlub düşərgə”adlandırıla bilər...”.

Missiya.Az




  • 11-07-2023, 10:35