AZ   |   RU
Ötən ay 32 aptekdə yoxlama keçirilib, 40 qutu dərman müsadirə edilib



İyun ayında 32 aptekdə yoxlama keçirilib.


Bu barədə Missiya.Az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.


Bildirilib ki, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. 7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib olunub.



  • 11-07-2023, 10:23