AZ   |   RU
"Beynəlxalq Ədalət Məhkəməsi də anlayır ki, Ermənistan dünya ictimaiyyətini aldatmaqla məşğuldur" - Politoloq


"Beynəlxalq Ədalət Məhkəməsi çox haqlı bir qərar aldı. Əslində Azərbaycan cəmiyyətinin uzun müddət Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi çoxsektorlu cinayət işlərinə görə Beynəlxalq Ədalət Məhkəməsindən tələbləri böyük idi və cəmiyyətimiz haqlı olaraq hələ də burdan obyektiv qərarların çıxarılmasını gözləyir".

Bu fikirləri Missiya.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif hüquqi instansiyalarda Ermənistana qarşı qaldırdığı təzminat davaları və digər məsələlər də öz layiqli yerini tapmalıdır. Bunların olmayacağı təqdirdə isə beynəlxalq hüququn yenə kifayətsizliyi və işləksizliyi ciddi müzakirə predmetlərindən birinə çevriləcək:

"Ona görə də bu gün rəsmi Bakının Beynəlxalq Ədalət Məhkəməsi də daxil olmaqla, müxtəlif platformalarda erməni cinayətlərinə qarşı apardığı mübarizə davam edir və etməlidir. Rəsmi İrəvanın Ədalət Məhkəməsi və digər hüquqi instansiyalarda Azərbaycan əleyhinə saxta, yalançı provakasiyalar həyata keçirməyə çalışdığını gördük. Əlbəttə ki, bu dəyişməyən erməni zehniyyətinin növbəti göstəricilərindən biridir". 

Tural İsmayılov, həmçinin, qeyd edib ki, Azərbaycan üçün önəmli amil o oldu ki, Ədalət Məhkəməsi ölkəmiz əleyhinə haqsız tələblərin heç birini yerinə yetirmədi:

"Hazırda beynəlxalq hüquqda suveren Azərbaycan əraziləri kimi tanınmış torpaqlarımızda dövlətimizin atdığı addımlar hansısa beynəlxalq hüquqi öhdəlikləri pozmur və eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsi də artıq yaxşı anlayır ki, Ermənistan dünya ictimaiyyətini aldatmağa hələ də davam edir". 

Zərintac Mayisqızı
Missiya.Az


  • 8-07-2023, 22:31