ABŞ-ın NATO müttəfiqləri arasında Rusiya ilə münaqişədə Ukraynanı nə qədər və nəyin bahasına dəstəkləyəcəkləri ilə bağlı narahatlıq artır.
Missiya.Az xlbəbər verir ki, bu mövzuda nüfuzlu "Politiko" qəzeti məqalə ilə çıxış edib:
"İyulun 7-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın ABŞ-ın Ukraynaya nə qədər lazım olduğu və onu “müstəsna miqdarda silahla” təmin edəcəyinə dair sözlərinə baxmayaraq, hətta ölkə daxilində də həyəcanlı səslər getdikcə ucalır" nəşr qeyd edir.
Xüsusən də ABŞ Konqresində Respublikaçılar Partiyasının üzvləri Ukraynaya getdikcə artan dəstəyə görə etirazlarını bildirirlər.Bu baxımdan, NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynanı alyansa üzvlük yoluna çıxarıb-çıxarmayacağı ilə bağlı “gərginlik nöqtələri” və kəskin fikir ayrılıqları proqnozlaşdırılır.
Amerikalı ekspertlər hesab edirlər ki, Rusiyanın Ukraynada bu qədər dərinə gedəcəyi və Qərb silahlarına qarşı uzun müddət duruş gətirə biləcəyi proqnozlaşdırılmadığından hazırda Ukraynaya verilən dəatəyin həcmi istər-istəməz narahatlıq doğurur.
Amerikalı siyasət adamları dəstəyin nə vaxta qədər davam edəcəyi ilə bağlı suala cavab tapa bilmədiklərindən narahatkıq daha da artır.
"Belə davam edərsə, Ağ Evin qarşısında dəstəyi dayandırmaq tələbi də qoyula bilər" - deyə, ekspertlər qeyd edirlər.
Elcan
Missiya.Az