AZ   |   RU
Azərbaycan-Albaniya münasibətləri, əməkdaşlığın yeni inkişaf dövrü

    


Dünyada gedən proseslər fonunda Azərbaycan beynəlxalq münasibətlərini və əlaqələrini inkişaf etdirməkdədir.  Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri diplomatik uğur olmaqla yanaşı, ölkəmizin regionda və dünya arenasında çəkisinii artırır. Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edən Azərbaycan nın beynəlxalq təçkilatlarda dəstək qazanması diplomatiyamızın uğurlarından hesab olunmalıdır. Azərbaycanla belə fəal əməkdaşlıq edən ölkələrdən biri də  Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin ötən il noyabrın 15-də Albaniyaya ilk səfəri isə Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu. Bu səfər eyni zamanda ölkələrimiz arasında mövcud olan münasibətlərin yaxın gələcəkdə daha da inkişaf etməsinə böyük təkan vermiş oldu.

     Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir.

Albaniya Prezidenti Bayram Beqayın iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfəri bu münasibətlərin böyük göstəricisidir. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilib. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Albaniya Prezidentinin Azərbaycana səfərinə böyük önəm verən Prezident İlham Əliyev iyulun 7-də mətbuata bəyanatında deyib: “Biz Albaniya Prezidentinin rəsmi səfərinə çox böyük önəm veririk. Əminəm ki, səfər ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri gücləndirəcək. Mən, həmçinin bu fürsətdən istifadə edərək, ötən il Albaniyaya səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin qeyd etmək istəyirəm ki, ötən il Albaniyanın Baş nazirini iki dəfə qəbul etdik və bu ilin martında Prezident Azərbaycana işçi səfərə gəlmişdi. Təkcə bu səfərlər əlaqələrimizin nə qədər sıx, dialoqumuzun nə dərəcədə fəal olduğunu nümayiş etdirir”

İki ölkə arasında dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə xüsusi dinamika yaradılıb. Beynəlxalq təşkilatlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Albaniya ilə bir-birinə dəstək verirlər. Hətta bir sıra Azərbaycanın olmadığı təşkilatlarda Albaniya ölkəmizi dəstəkləyir. Ötənilki Frankofoniya Sammitində Albaniya Azərbaycanı dəstəkləmiş, Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə anti-Azərbaycan mahiyyətli bir bəndi qəbul etdirməyə səy göstərmiş, lakin Albaniya tərəfindən bunun qarşısı alınmışdır.

Albaniya həmin bəndi bloklamaqla ölkəmizə olan dostluq münasibətlərini bir daha sübut etdirmiş, həmçinin ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyini nümayiş etdirmişdi.

Prezident İlham Əliyev bəyanatında bu məsələyə bir daha toxunmuş və qardaş Albaniyaya öz minnətdarlığını bildirib.

 İki ölkə arasında ticari, iqtisadi məsələlər, sərmayə imkanları nəzərdən keçirilib, əməkdaşlığın əsas meyarı olan enerji məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev bəyanatında bu məsələyə dair fikirlərini bildirib: “Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımzda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq. Həmçinin biz infrastrukturumuzu Albaniyadan qonşu ölkələrə necə genişləndirəcəyimizi də müzakirə etdik”

Həmçinin Tiranda Azəbaycan səfirliyinin açılmasını yüksək qiymətləndiriən İlham Əliyev bunun ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə daha da faydalı olacağını bəyan edib.

Azərbaycan-Albaniya dostluq və qardaşlıq münasibətləri yüksələn xəttlə inkişafdadadır və münasibətlərin gücləndirilməsi hər iki ölkəyə böyük faydası olacaqdır.



Fərmin Quliyev

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi




  • 8-07-2023, 14:59