“Gürcüstan Avropa İttifaqının bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında daha fəal iştirakına ümid edir”.
Missiya.Az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.
Onun sözlərinə görə, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli məsələsi Avropanın gündəliyinə fəal şəkildə daxil edilməlidir.
D.Zalkaliani bildirib ki, Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin Gürcüstan, Azərbaycan və Ermənistana səfərləri Aİ-nin bölgədəki münaqişələrin sülh yolu ilə həllində iştirakı ilə bağlı öhdəliyinin aydın göstəricisidir: “Ümid edirəm ki, bu səfərlər Avropa İttifaqının Rusiya-Gürcüstan münaqişəsinin dinc yolla həllində siyasi rolunu artıracaq”.