AZ   |   RU
"Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

 

"Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması" mövzusunda konfransda biznes subyektlərinin korrupsiyaya qarşı mübarizə tədbirlərində rolu, bu sahədə sahibkarların məlumatlandırılması, maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

 

"Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və sahibkarlar iştirak ediblər. 

 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektlərinin korrupsiyaya qarşı mübarizə tədbirlərində rolu, bu sahədə sahibkarların məlumatlandırılması, maraqlarının müdafiəsi və Agentliyin digər dəstək tədbirləri barədə məlumat verib. Qeyd edilib ki, şəffaflığın təmin edilməsi, korrupsiya ilə əlaqəli halların qarşısının alınması biznes mühitinin inkişafını şərtləndirən vacib yanaşmadır. Ölkəmizdə korrupsiya ilə mübarizə çərçivəsində institusional, təşkilati və hüquqi çərçivələrdə müxtəlif tədbirlər həyata keçirilir, mütərəqqi təcrübələr əsasında qanunvericilik sistemi formalaşdırılır. Biznes subyektləri də korrupsiyaya qarşı mübarizə tədbirlərinə öz töhfəsini verməlidir. KOBİA korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində sahibkarları məlumatlandırır, biznes subyektlərinin korrupsiyaya dair məlumatlılıq dərəcəsini, o cümlədən biznes mühitində anti-korrupsiya davranış qabiliyyəti səviyyəsini öyrənməyə hesablanmış sorğular keçirir. Agentlik tərəfindən biznes mühitində şəffaflıq və anti-korrupsiyaya dair təlimlər təşkil olunur, KOB subyektlərinin maraqları qorunur, sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin təmin edildiyi KOB evləri fəaliyyət göstərir. 



  • 23-06-2023, 17:53