AZ   |   RU
U-16 millimiz yoldaşlıq görüşündə qələbə qazandı


Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən U-16 millimiz ilk yoxlama oyununu keçirib.

Bu barədə Gənclər və İdman nazirliyindən Missiya.Az-a məlumat verilib.

Yığma komandamız hazırlıq oyununda yerli "Finalspor" kollektivinə 75-41 hesabı ilə qalib gəlib. Təlim-məşq toplanışındakı əsas hədəf, 19-27 iyul Kosovanın Priştina şəhərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlaşmaqdır.

Missiya.Az




  • 19-06-2023, 16:58