AZ   |   RU
BMT nümayəndəsi Azərbaycan Ombudsmanı ilə görüşüb
 
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi tvitterdə məlumat yayıb.

Tərəflər insan haqlarının təşviqi və qorunması üçün BMT-Azərbaycan tərəfdaşlığını, BMT-nin insan hüquqları mexanizmləri ilə əlaqənin dəstəklənməsini, vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlığı, eləcə də COVID-19 pandemiyasından və münaqişədən sonrakı bərpa işlərinə insanyönümlü yanaşmanı müzakirə ediblər.



  • 21-06-2021, 17:56