AZ   |   RU
Bəxtiyar Sadıqov erməni mətbuatına mövzu verdi - Hamısı “Azərbaycan” qəzetindən yazırlar

 
“Azərbaycan qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi media orqanının ağır maliyyə vəziyyəti və bu səbəbdən də fəaliyyətini dayandıra biləcəyi ilə bağlı Milli Məclisdəki çıxışına  Ermənistan mətbuatında  geniş şəkildə yer verilir.

Erməni KİV-lər “Azərbaycan qəzeti  maliyyələşmənin olmamasına görə bağlana bilər” başlıqlı xəbərləri xüsusi bir həvəslə manşetdən yayımlayır.  Müşahidələr onu deməyə əsas verir ki,  Bəxtiyar Sadıqov Ermənistan mətbuatına mövzu verib və onlar da baş redaktorun açıqlamasına əsaslanaraq sanki ölkəmizin ağır maliyyə böhranı içində olduğunun göstərməyə çalışırlar.

Qeyd edək ki, Sadıqov çıxışında bu il kömək üçün Milli Məclisə müraciət etsə də,  cavab müsbət olmayıb: “Qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatını parlament həyata keçirməlidir. Qəzet işçilərinə maaş verə bilmir” deyə, baş redaktor vurğulayıb.

Elcan
Missiya.Az



  • 13-06-2023, 15:41