AZ   |   RU
Sabah məktəblərdə “Son zəng” tədbiri keçiriləcək


İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.

Missiya.Az
xəbər verir ki, bu barədə Elm və Təhsil nazirliyindən bildirilib.

Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında  təşkil olunacaq.

“Son zəng”də valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri işlər görüləcək.

Qeyd olunan məsələlər müvafiq əmrdə vurğulanıb.

Missiya.Az




  • 13-06-2023, 15:06