AZ   |   RU
Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır - Prezident


Bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü daha da artıracaq – həm bölgədə, həm dünyada.

Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Məmnunluq hissi ilə qeyd elədim ki, ticarət dövriyyəsi sürətlə artır. Artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək – xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır. İldən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq”, - Prezident İlham Əliyev əlavə edib. 



  • 13-06-2023, 15:03