AZ   |   RU
BDU-nun şəhid məzunları: Şəhid Vüqar Məmmədovun xatirəsi anıldı

Artıq bir müddətdir ki, Missiya TV ölkəmizin aparıcı təhsil ocaqları ilə birgə Vətən Müharbəsi şəhidləri ilə bağlı layihə həyata keçirir. Məqsəd,  təhsil aldıqları ali məktəb kollektivinin, tələbələrinin Vətən uğrunda canlarından keçmiş, şəhid olmuş  məzunlar haqda öz təəssüratlarını, xatirələrini izləyicilərə çatdırmaqdır. Məqsəd həmin ailələrə övladları  haqda bilmədikləri bir çox keyfiyyətləri, məlumatları çatdırmaqdır. Məqsəd necə savadlı, ziyalı gənclərimizin torpaqlarımzın azadlığı uğrunda fədakarcasına döyüşə atıldığını dünyaya göstərməkdir.

Bu gün Bakı Dövlət Universiteti ilə layihəmizin növbəti çəkilişini həyata keçirdik.

Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin məzunu olmuş Sumqayıt şəhər sakini şəhid Vüqar İlqar oğlu Məmmədovun ailəsində olub, çəkiliş apardıq. Bakı Dövlət Universitetinin İlahiyyat (indiki Şərqşünaslıq) fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Şərqşünaslıq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli və Şərqşünaslıq fakültəsinin müəllimi Dəmir Süleymanov şəhidin evinə gedərək, onun valideynləri ilə səmimi söhbətlər edib, Vüqar haqda öz xatirələrini bölüşdülər.

Missiya TV-nin görüşdən hazırladığı video-filmi yaxın günlərdə youtube kanalımızda izləyə biləcəksiniz.  Allah bütün şəhidlərimizə rəhmət eləsin. Layihəmiz davam edir.  

Lamiyə Rövşənqızı




  • 21-06-2021, 17:09