AZ   |   RU
İranı minlərlə həkim tərk edir

Son 3 ildə İran İslam Respublikasını 10-12 min həkim tərk edib.

Missiya.Az Güney Azərbaycan teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə İranın Daxili Xəstəliklər Mütəxəssisləri Cəmiyyətinin rəhbəri İrəc Xosroniya danışıb.

O, bildirib ki, həkimlərin dolanışıq problemləri və aşağı gəlirləri onların ölkədən miqrasiyasını artırıb.

Xosroniya həkimlərin illik qurultayında da deyib ki, son üç ildə təxminən 10-12 min həkim İrandan mühacirət edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 7-06-2023, 11:28