AZ   |   RU
“Ukrayna və Qərb Rusiyanı yer üzündən silmək istəyir” - Medvedev

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum keçirməsi Rusiya üçün sürpriz deyil. Çünki Kiyev Qərbdən aldığı pul və silahlara haqq qazandırmalıdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.


Onun sözlərinə görə, Qərbin məyusluğu Ukrayna prezidenti Volodimir Zelenskiyə baha başa gələ bilər.


Medvedev bildirib ki, Ukrayna və Qərb Rusiyanı yer üzündən silmək istəyir, ona görə də indi diqqəti cəmləyib onlara cavab verməliyik.


Biz düşməni dayandırdıqdan sonra Kiyev rejimini tamamilə devirmək üçün hücuma keçməliyik”, - deyə siyasətçi vurğulayıb.

 



Daşqın Həsənov
Missiya.Az



  • 7-06-2023, 11:21