AZ   |   RU
Ərdoğan iyunun 3-də and içəcək


Yeni müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

"(Ərdoğanın-red) Andiçmə mərasimi parlamentdə baş tutacaq. O, sonra Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, - Altun bildirib.



  • 1-06-2023, 23:12