AZ   |   RU
"Ermənistanda "demokratiya”nın yalançı görüntüsü" - Qərbi Azərbaycan Xronikası


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, süjetdə Qərbi Azərbaycan türklərinin 35 ildir tapdanan bütün hüquqlarının bərpa olunmasının, vətənə dönüş prosesinin Ermənistanın demokratik, müstəqil olması halında baş tutacağı vurğulanır.

Bildirilir ki, 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində ölkədə demokratik rejimin yaranacağına ümid edilsə də, hakimiyyətə gələn Nikol Paşinyan və komandası Ermənistanda sabitliyə və demokratikləşməyə nail ola bilməyib, əksinə, vəziyyəti daha da ağırlaşdırıb.

Diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi Qarabağdan olan məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə yanaşı, Qərbi azərbaycanlıların da didərgin düşdükləri torpaqlarına qayıdışını, yəni repatriasiyasını gündəliyə gətirib.

Süjetdə yaranmış şəraitə uyğun olaraq Ermənistanda Rusiyaya sədaqətli olmaq uğrunda mübarizədə Nikol Paşniyanın da yer almaq istəyi bildirlir: “Üzü Kremlə olan Ermənistan siyasətçilərinin siyahısı isə çox uzundur. Onların arasında adları daha çox hallananlar keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan və Ruben Vardanyandır. Bu baxımdan mübarizənin daha çox Korçaryan, Sarqsyan və Vanesyan arasında getdiyi müşahidə olunur. Bu üçlüyün Rusiyanın yetirməsi olduğuna kimsənin şübhəsi yoxdur. Onların hər üçü Qərbi azərbaycanlıların dogma yurda qayıdışına Ermənistanın məğlubiyyəti kimi baxır. Əslində isə, bu qayıdış, zamanın gerçəkliyi olmaqla yanaşı, bu ölkənin demokratik və iqtisadi inkişafı üçün çox önəmlidir”.



  • 1-06-2023, 20:36