AZ   |   RU
Silahlı şəxslər Liviya XİN-in binasına basqın edib

Bir qrup silahlı şəxs Tripolidə Liviya Xarici İşlər Nazirliyinin binasına basqın edərək içəri daxil olublar.

Missiya.Az
xəbər verir ki, bu barədə 218TV telekanalı məlumat verib.

Qeyd olunub ki, hücumun arxasında Faiz Sarracın başçılıq etdiyi Liviya Milli Razılıq hökuməti tərəfindən dəstəklənən “Tripoli İnqilabçıları” taboru durur.

Döyüşçülər binaya daxil olaraq 166-cı piyada briqadasından buraya təhkim edilən mühafizəçiləri qovub.

Telekanal bildirib ki, qısa müddətdən sonra silahlı şəxslər nazirliyin binasını tərk ediblər.

Bina Sarrac dövründə yaradılan Təhlükəsizlik və Stabillik Ofisindən gələn işçilər tərəfindən mühafizə olunmağa başlanıb.


  • 17-06-2021, 09:42