AZ   |   RU
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 976 vaksin vurulub.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 531, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 445 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 839 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 979 837 təşkil edir.


  • 16-06-2021, 17:51