AZ   |   RU
Krım yarımadasına PUA-larla hücum olub


2014-cü ildən Rusiyanın nəzarəti altında olan Krım yarımadasına PUA-larla hücum olub.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Aksyonov məlumat yayıb.

Onun sözlərinə görə, Krım səmasında 4 PUA məhv edilib. 

S.Aksyonov dağıntı və itki olmadığını bildirib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 19-05-2023, 10:52