AZ   |   RU
Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var


Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, yaralananlar var.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Qeyd edilir ki, münaqişəyə borc pul məsələsi səbəb olub. Hər iki tərəfin silahdan istifadə etdiyi davada daha 2 nəfər yaralanıb.


Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.


Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.


Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.



  • 11-05-2023, 23:06