AZ   |   RU
Fransa erməniləri yeni müharibəyə təhrik edir - yeni hərbi attaşe Parisin Ermənistana silah ötürməsinə nəzarət edəcək


Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib.


Missiya.Az "Caliber"ə istinadən xəbər verir ki, bununla da bir müddət əvvəl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumat öz təsdiqini tapıb. 


Bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki rəsmiləşmə mərhələsindədir.


Fransanın hərbi attaşesi Fransanın silahlarının Ermənistana ötürülməsinə nəzarət edəcək.


Parisin Ermənistana silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa prezidenti Emmanuel Makron verib. Beləliklə, Avropa İttifaqının -aparıcı ölkələrindən biri regiona ösilahların öyerelməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozmuş və  bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışmışdır. Yaxın vaxtlarda ransanın Ermənistana hansı növ silahlar verməyi planlaşdırdığı ilə bağlı məlumatları yaxın günlərdə açıqlayacağıq.

Elcan

Missiya.Az



  • 11-05-2023, 21:07