AZ   |   RU
Psaki: “Bayden Putinlə görüşmək üçün 50 il hazırlaşıb”

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə vacib danışıqlara 50 il hazırlaşıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, Bayden rusiyalı həmkarından nə gözlədiyini dəqiq bilir.

“ABŞ lideri hesab edir ki, Rusiya prezidenti ilə qarşıdakı görüş etibar və dostluq barədə deyil, Moskva və Vaşinqtonun hansı məsələlərdə dil tapa biləcəyi ilə bağlıdır”,
- deyə Psaki əlavə edib.

Qeyd edək ki, NATO sammiti çərçivəsində Putin və Bayden arasındakı görüşün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb. Bayden ABŞ hakimiyyətə gələn kimi Vladimir Putinə qarşı sərt ittihamlar səsləndirdiyi üçün Moskva-Vaşinqton münasibətləri gərginləşmişdi. Bayden Putini müsahibələrinin birində “qatil” adlandırmışdı. Vladimir Putin isə Baydenə əvvəlcə güzgüyə baxmağı məsləhət görüb, daha sonra ABŞ prezidentinin sözlərindən narahat olmadığını bildirmişdi. 

  • 14-06-2021, 16:54