AZ   |   RU
Laçındakı nəzarət-buraxılış məntəqəsində bütün nəqliyyat vasitələri yoxlanılır – Hərbi ekspert

 

“DSX-nın şəxsi heyəti Laçın NBM-dən Xanəndinə və əks istiqmətdə hərəkət edən bütün nəqliyyat vasitələrini, o cümlədən rus kontingentinin maşınlarını yoxlayır”. 

 

Missiya.Az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.

 

Ekspert bildirib ki, DTX-nın Şuşa rayon şöbəsi isə rus kontingentinə son günlərdə dəfələrlə "Müvəqqəti qonaqların Azərbaycan ərazisində davranış qaydaları" mövzusunda praktiki məşğələlər keçib. 

 

“Silahlı Qüvvələrimiz və xüsusi xidmət orqanlarımız qürurumuzdur”,-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-05-2023, 15:06