AZ   |   RU
Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



  • 2-05-2023, 14:58