AZ   |   RU
Sudanın paytaxtında dövlət tibb müəssisələri fəaliyyətini dayandırıb

 

Sudanın paytaxtı Xartum şəhərində bütün dövlət tibb müəssisələri fəaliyyətini dayandırıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqı məlumat yayıb.


Bildirilib ki, Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib.

 

Həkimlər qeyd edib ki, zərərçəkənlərə yardımı davam etdirən xəstəxanalarda kifayət qədər oksigen avadanlığı yoxdur. 


Leyla SƏMƏNDƏR

Missiya.Az




  • 2-05-2023, 14:02