AZ   |   RU
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan Rusiya və İrandır” - Maykl Doran

“Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında və sülh müqaviləsinin imzalanmasında daha fəal iştirak etməsə, Rusiya və İran buna maneə olacaq”.


Missiya.Az “Wall Street Journal”a istinadən xəbər verir ki, bunu ABŞ Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran deyib.


“ABŞ-dan başqa, vasitəçi rolunu Rusiya prezidenti Vladimir Putin də öz üzərinə götürüb. Onun fikrincə, məsələnin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə ehtiyacı aradan qaldıracaq. Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyadan, xüsusən də hərbi sahədə çox asılıdır”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycan neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, eyni zamanda Türkiyə və İsraillə də güclü müdafiə əlaqələri inkişaf etdirib.


Doran qeyd edib ki, Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə qorxudur.

 

 


Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2023, 14:34