AZ   |   RU
Bakı və İrəvandan “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə”



"Ermənistan Vaşinqtonda Azərbaycanla davam edən danışıqlardan maksimum nəticə gözləyir".

Missiya.Az
 "Armenpress"ə istinadən xəbər verir ki,  bu sözləri İrəvan parlamentinin "Mülki Müqavilə" fraksiyasının deputatı Arman Yeqoyan bu gün keçirdiyi brifinqdə deyib.

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Vaşinqtonda davam edən danışıqlardan söz açan Yeqoyan gözləntilərini belə dilə gətirib: “Danışıqlar Bakı-İrəvan münasibətlərinin bütün spektrini, bütün həll olunmamış məsələləri əhatə edir. Təbii ki, bütün bu məsələlərdə razılığa gəlmək üçün hər şey ediləcək”.

Erməni depuatat hər iki tərəfin özləri üçün faydalı həll yollarına nail olmağa çalışdığını qeyd edib.

Yeqoyan onu da əlavə edib ki, İrəvan və Bakı mütəmadi şəkildə bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır. Erməni depuatat sözügedən sənədin məzmununa dair təfərrüatları açıqlamayıb. Sülh müqaviləsi əvəzinə bu adın seçilib-seçilməməsi ilə bağlı suala Yeqoyan cavabında söyləyib: “Elə danışıq üslubu var ki, orada insanlar müəyyən hadisələri ifadə edirlər. Hüquqi sənədlərdə hüquqi ifadələrin qəbul olunduğu hüquqi dil var. Çox vaxt bu dillər fərqli olur".

Zərintac Mayisqızı
Missiya.Az




  • 2-05-2023, 14:21