AZ   |   RU
Gürcüstanın xarici işlər naziri İsrail prezidenti ilə görüşüb

 

İsraildə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Prezidenti İshak Hersoq ilə görüşüb.


Missiya.Az  xəbər verir ki, bu barədə  Gürcüstan Xarici İşlər Nazirliyi məlumat  yayıb. 


“Söhbət zamanı İshak Hersoq İsrailin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb”, - deyə məlumatında bildirilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-05-2023, 13:50