AZ   |   RU
Türkiyənin yerli istehsalı olan “Yeni Altay” tankları sınaqlara başlayıb

 

Türkiyənin “Yeni Altay” tankları artıq sınaqlara hazırdır.


Missiya.Az xəbər verir ki, nbu barədə “A Haber” məlumat yayıb. 


Bildirilib ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək.


“Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır.


 “Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir. “Altay” tankı ilk prototipin istehsalından keçən müddət ərzində müasir döyüş mühitinin şərtlərinə uyğun olaraq yenilənib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 1-05-2023, 12:39