AZ   |   RU
Rusiya Ermənistana qaz nəqlini dayandırdı


Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlaşdırılan təmir işləri ilə əlaqədardır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 1-05-2023, 12:42