AZ   |   RU
Bu il yeddi mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilib


“Bu ilin iyunun 1-dən Bakının Yasamal və Səbail rayonları üzrə pilot layihə kimi səyyar reabilitasiya xidməti istifadəyə verilib”.

Missiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.

O qeyd edib ki, bu çərçivədə 0-6 yaş arası uşaqlara xidmət göstərilir: “Əməkdaşlar birbaşa evlərə gedərək reabilitasiyaya ehtiyacı olan uşaqlara yardım edirlər. Zamanla belə rayonların sayı daha da artırılacaq”.
F.Ağayev bildirib ki, bu il ərzində 7 260 ahıl şəxsə evlərində səyyar sosial xidmətlər göstərilib.


  • 11-06-2021, 12:18