AZ   |   RU
Azərbaycan kubokunun finalında "Neftçi"-"Qəbələ" matçı keçiriləcək


Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.


Missiya.Az Apasport.az saytına istinadən xəbər verir ki, ikinci finalçı “ASCO Arena”da müəyyənləşib.

“Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. Premyer Liqanın autsayderi ötən həftə aldığı məğlubiyyətin əvəzini cavab oyununda çıxmağa çalışsa da, bunu bacarmayıb. Ardıcıl iki qarşılaşmada qazandığı əzmkar qələbələrlə iddiasını ortaya qoyan “Qəbələ” yenə də qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” həlledici görüşdə “Neftçi” ilə qarşılaşacaq.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunu
27 aprel (cümə axşamı)
20:00. “Səbail” – “Qəbələ” - 0:1
Qol: 
Alimi49 (penalti)
Qırmızı vərəqə: V.Həsənov, 47
Baş hakim: Əliyar Ağayev
“Səbail”: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“ASCO Arena”
İlk oyun – 2:3



  • 27-04-2023, 23:17