"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binasında "Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" adlı tədbir keçirib.
Missiya.Az xəbər verir ki tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsal İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, "Müasir İnternet Resursların İnkişafı" İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, büronun vəkili Elşad Daşdəmirov, ictimai-siyasi fəal şəxslər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları çıxış ediblər.
MİRİİB sədri Zamin Zeynal deyib ki, sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 vəkil bürosunun vəkilləri ilə birlikdə Binəqədi rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə tədbiri keçiriblər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin layihəsi əsasında reallaşdırılan şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça da çap olunub ki, bu kitabçalar İmişli, Abşeron, Binəqədi rayonlarında Birlik tərəfindən keçirilən tədbirlərdə hüquqi maarifləndirmənin daha da faydalı olması üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.
Zərintac Mayisqızı
Missiya.Az