AZ   |   RU
Selçuk Bayraktar Türkiyənin İlon Maskıdır- “Spiegel” jurnalı

 

Almaniyanın “Spiegel” jurnalında “Baykar Teknoloji”nin lideri Səlcuq Bayraktarın nailiyyətlərinin təhlili dərc olunub.


 Missiya.Az “Haber7.com”a istinadən xəbər verir ki, təhlildə Bayraktarın “Ərdoğanın mümkün varisi” kimi göründüyü bildirilib:


Bayraktarın uğurlarının heç bir sektor tərəfindən gözardı edilə bilməyəcəyini yazan qəzet, “Selçuk Bayraktar müasir müharibənin aparılması tərzini dəyişdi və bəziləri onu Türkiyənin İlon Maskı adlandırır”- deyə əlvaə edib.


Qeyd edək ki, Bayraktar TB2 PUA-ları Qarabağ və Efiopiya, eləcə də Liviyada döyüş meydanlarında istifadə olunub. 


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 25-04-2023, 17:15