AZ   |   RU
Rusiyaya yardım etdiyinə görə ABŞ Qazaxıstana xəbərdarlıq edib


ABŞ-da Maliyyə Nazirinin köməkçisi Elizabet Rozenberq Qazaxıstana Rusiyaya kömək etdiyinə görə sanksiyalarla bağlı xəbərdarlıq edib.

Missiya.Az
 “izru”saytına istinadən xəbər verir ki, Rozenberq bu barədə Astanada mətbuat konfransı zamanı deyib: “Biz qazaxıstanlı həmkarlarımız, özəl sektorun nümayəndələri ilə bu riskləri aydın şəkildə müəyyən etmək üçün əməkdaşlıq edirik”.

Maliyyə köməkçisi həmçinin bildirib ki, Moskva kifayət qədər uğur qazanıb, sanksiyalardan yayınma cəhdlərinə ciddi yanaşmaq lazımdır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-04-2023, 17:12